"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

V.Bayramov: “Bələdiyyələrin qazandıqlarının 60 faizini özlərinə xərcləməsi...”

--2017-04-04 / 07:52

Dövlət Statistika Komitəsinin məlumatına görə,  ötən il bələdiyyələr qazandıqlarınn 60.6 faizini özlərinə xərcləyiblər.

iqtisadi və Sosial inkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov Belediyye.infoya məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, inkişaf etməkdə olan ölkələrdə bələdiyyələr xərclərinin maksimum 20 faizi, zəif inkişaf etməkdə olan dövlətlərdə isə 1/3-ni özlərinə xərcləyirlər. Bu isə ondan xəbər verir ki, Azərbaycanda sözgedən göstərici beynəlxalq standartlar ilə müqayisədə daha çoxdur. Bunun əsas səbəbi bələdiyyələrin büdcələrinin məhdud olması ilə bağlıdır.

2017-ci ildə yerli büdcə büdcələrə (bələdiyyələrə) veriləcək dotasiyanın həcmi 5.2 milyon manat olacaq.  Bələdiyyələrin mövcud sayını nəzərə alsaq bu xeyili kiçik rəqəmdir.

Ekspertin sözlərinə görə, bələdiyyələrin büdcədən kənar mənbələrdən vəsait cəlb etmək imkanlari da zəif olduğundan onların maliyyə sıxıntılarının olduğunu demək mümkündür.

Təəssüf ki, Azərbaycan bələdiyyələrinin əksəriyyəti fərqli və innovativ xidmətlər təklif etmədikləri üçün gəlir mənbələrini diversifikasiya edə bilməyiblər.

iqtisadçının fikrincə, bələdiyyələrin qazandıqlarının 60 %-ni özlərinə xərcləməsi bələdiyyələrin sosial-iqtisadi inkişafa təsirlərinin zəif olmasının göstəricisidir.

əslində, bələdiyyə qazandığı pulu əsasən özünə deyil, təmsil olunduğu bölgənin inkişafına xərcləməlidir. Bu isə eyni zamanda ondan xəbər verir ki, bələdiyyə büdcələrinin yalnız gəlir deyil, həm də xərc hissəninin planlaşdırılmasının təkmilləşdirilməsinə ehtiyac var. Bu sahədə beynəlxalq prinsiplərin tətbiqi olduqca vacibdir.

Belediyye.info

ŞƏRHLƏR